Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının hazırlığına başlayacağı tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamız avqustun 2-dən bir araya gələcək.
Yığmamızın təlim-məşq toplanışına tam heyətlə başlayacaq. Sabah Bakıda bir araya gələcək millimiz avqustun 5-də Sloveniyaya yollanacaq. Voleybolçularımız burada hazırlıq keçməklə yanaşı, yoxlama matçları da keçirəcəklər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 23-də İtaliyada start götürəcək. Yığmamız D qrupunda Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba milliləri ilə mübarizə aparacaq.