Yığmamız heyfini Gürcüstandan aldı
12.05.2014 - 07:41
Yığmamız heyfini Gürcüstandan aldı

Kişi voleybolçular arasında Avropa çempionatının I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, III qrupda mübarizə aparan Azərbaycan millisi mərhələ adlaya bilməyib.

 

Kubalı Sillie Tabares Leonardonun rəhbərlik etdiyi komandamız Makedoniyaya 0:3 hesabı ilə uduzduqdan sonra İsveçlə də bacarmayıb – 0:3 (16:25, 15:25, 17:25). Sonuncu oyunda isə yığmamız təsəlli qələbəsi qazanıb. Tabaresin yetirmələri Gürcüstana qalib gəliblər. Bu dəfə voleybolçularımız rəqibi “quru hesabla” məğlub ediblər – 3:0 (25:21, 25:12, 25:20).

 

Beləliklə, komandamız qrup mərhələsini 3-cü yerdə bitirib. Makedoniya qrup qalibi, İsveç isə ikinci yeri tutub.

 

Qeyd edək ki, Gürcüstan üzərində qələbə Tabaresin millimizdə “siftəsi” kimi tarixə düşüb.