Yığmamız məğlubiyyətlə başladı
15.07.2014 - 08:01
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi kiçik ölkələrin Avropa çempionatında ilk matçını keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Avstriyadakı yarışa Şotlandiya ilə matçla start verib.
B qrupunun açılış oyununda Böyük Britaniya təmsilçisi üstün olub – 66:56 (20:13, 7:14, 25:7, 14:22). Qrupun digər matçında meydan sahibləri Uelsi darmadağın edib – 82:24 (16:7, 28:4, 23:6, 15:7).
Bu gün keçiriləcək II turda Tatyana Slojenitsinanın yetirmələri meydan sahibləri önünə çıxacaq. Böyük Britaniya təmsilçiləri isə bir-biri ilə qarşılaşacaq.
0
0