Yığmamızın baş məşqçisi qırğızlara söz verdi
22.03.2014 - 11:45
Yığmamızın baş məşqçisi qırğızlara söz verdi

“Ötən mövsüm çempion ola bilməmişdik. Ona görə də bu il yüksək yerlər uğrunda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşduq”. Apasport.az saytının məlumatına görə, bunu kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əliyev deyib.

 

Təcrübəli mütəxəssis Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Novruz kuboku”nda çempion olduqdan sonra fikirlərini açıqlayıb. O, bu yarışda daima iştirak edib, yaxşı oyun göstərəcəklərinə də söz verib: “Uşaqları təbrik edirəm, onlar layiqli oynadılar və hər matçda məsuliyyətlərini dərk etdilər. Fikrimcə, növbəti illərdə də Qırğızıstana gələndə yerli azarkeşlərin xoşuna gəlmək üçün gözəl basketbol oynayacağıq. Bu yarışda həmişə böyük məmnuniyyətlə mübarizə aparacağıq. “Novruz kuboku” 100 il keçirilsə belə daim onda iştirak edəcəyik”.

 

Qeyd edək ki, yığmamız finalda Özbəkistana qalib gəlib.

 

0