Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinə qatılacaq daha 4 yığmanın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Dominikan Respublikası, Kuba, ABŞ və Kanada milliləri Faiq Qarayevin yetirmələrinin də mübarizə aparacağı mundiala vəsiqə qazanıblar.
Bu komandalar Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının seçmə mərhələsinin yekununa əsasən DÇ-yə yüksəliblər. NORCECA-nın Apennində iştirak hüququ qazanacaq digər 2 komandasının adına isə iyuladək aydınlıq gələcək.
Beləliklə, mundialın iştirakçılarının sayı 22-ə yüksəlib. Bu 4 yığmadan Kubanın Azərbaycan millisinin yer aldığı C qrupuna düşəcəyi ehtimal edilir. Voleybolçularımızın son rəqibi isə NORCECA-nın 3-cüsü olacaq.
Qruplar püşkün nəticəsinə əsasən aşağıdakı kimidir:
A qrupu: İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis
B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan
C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORCECA-6.
D qrupu: Yaponiya, Çin, NORCECA-3, Belçika, Kuba, AZƏRBAYCAN.
Qeyd edək ki, NORCECA seçmə mərhələsi başa çatdıqdan sonra yığmaların reytinq cədvəlində dəyişiklik olsa, həmin komandaların nömrələrinə uyğun qrupları dəyişməsi istisna deyil.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO