Yığmamızın hücumçusu Cənubi Koreyada kamera önünə keçdi - FOTOSESSİYA
27.06.2014 - 12:00
Yığmamızın hücumçusu Cənubi Koreyada kamera önünə keçdi - FOTOSESSİYA

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın yeni transfer olunduğu “Hyundai” klubunda təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Cənubi Koreya təmsilçisinin rəhbərliyi hücumçumuzun gücünə inandığına bildirib.

 

Rəhimova da ardınca “Hyundai”yə layiq olduğunu sübut etməyə çalışacağını deyib. Tədbirdə milliləşdirilmiş legionerimizin geyinəcəyi formanın da nömrəsi məlum olub. 24 yaşlı hücumçumuz yığmamızda və indiyədək oynadığı komandalarda daşıdığı nömrəni dəyişməyib. O, yeni klubunda da “17” nömrə altında çıxış edəcək.

 

Koreyalı həmkarlarımız bundan sonra kamera önünə keçən Polinanın ölkədəki bəzi şəkillərini də yayımlayıb.

 

Qeyd edək ki, Rəhimova “Hyundai” ilə 1 illik müqavilə imzalayıb. 

0