Qadın voleybolçular arasında Polşa Orlen Liqasında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Atom” “Dabrova Qornitsa”nı”i qəbul edib.
Matç Sopot təmsilçisinin 3:1 (25:16; 27:25; 22:25; 25:17) hesablı qələbəsi ilə başa çatıb. Ağayeva 3 xal qazandıqları görüşdə yenə əvəzetmələrlə meydanda olub və xal əldə edə bilməyib.
Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan “Ximik” də asan qələbəyə sevinib. Polşa çempionu “Muşinyanka”nı evdə “quru hesab”la məğlub edib – 3:0 (25:19; 25:17; 25:23).
VI turdan sonra “Atom” 15 xalla ikinci, “Ximik” isə 17 xalla 1-ci pillədə qərarlaşıb.