Yığmamızın oyunçularından şou: Biri sevindi, digəri üzüldü
20.01.2014 - 12:15
Yığmamızın oyunçularından şou: Biri sevindi, digəri üzüldü

Türkiyənin Beko liqasında oynayan ulduz basketbollar arasında şou xarakterli görüş keçirilib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın ən yaxşıları “legionerlər yığması” ilə güclərini yoxlayıblar.

Mersində təşkil olunan görüş “Beko All-Star Türk Yıldızları”ın qələbəsi ilə başa çatıb – 122:111. Oyunda Azərbaycan yığmasının oyunçuları – Orxan Aydınla Çarlz Devis də mübarizə aparıblar. Onlardan birincisi qalib komandanın heyətində yer aldığı halda, digəri “Beko All-Star Yabançı Yıldızları” komandasında forma geyinib.

 

Matçın gedişində ən yaxşı “3 xallıq” və “fırlanaraq” atış edənlərin yarışması da təşkil olunub. Türkiyədə adından söz etdirən Devisin 5 rəqiblə birgə “fırlanaraq” ən yaxşı atış etmək adı uğrunda mübarizəsi nəzərdə tutulsa da, təmsilçimiz qeyri-müəyyən səbəbdən onlara qoşulmayıb.


Qeyd edək ki, şouya qatılan basketbolçular səsvermə nəticəsində seçilib.