Yığmamızın oyunçusu üçün mövsüm bitdi
11.03.2014 - 11:52
Yığmamızın oyunçusu üçün mövsüm bitdi

“Azəryol” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında və CEV kubokunda uğursuz çıxış edən komanda aparıcı voleybolçusu Odina Əliyevanın xidmətindən məhrum olub.

 

Millimizin oyunçusu çiynindəki ağrılar səbəbindən mövsümün sonuna kimi meydandan kənar qalacaq. Əliyevanın yaxın günlərdə cərrahiyyə əməliyyatı olacağı da bildirilir.

 

Qeyd edək ki, Odina bu səbəbdən Super Liqanın XI turunun “Azərreyl”lə oyununu da tribundan izləyib.