Yığmamızın oyunlarının təqvimi açıqlandı
27.03.2014 - 11:34
Yığmamızın oyunlarının təqvimi açıqlandı

19 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında oyunlarının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız ilk oyununu qrup matçlarına ev sahibliyi edəcək Bolqarıstana qarşı keçirəcək.

 

Ardınca Rusiya ilə oynayacaq voleybolçularımız son turda Avstriya millisini sınağa çəkəcək.

 

24 aprel

19:00. Bolqarıstan – Azərbaycan

21:30. Avstriya – Rusiya

 

25 aprel

18:00. Azərbaycan – Rusiya

20:30. Bolqarıstan – Avstriya

 

26 aprel

18:00. Azərbaycan – Avstriya

20:30. Rusiya – Bolqarıstan

 

Qeyd edək ki, qarşılaşmalar Samokov şəhərinin eyniadlı arenasında keçiriləcək.