Yığmamızın pley-offda rəqibi bilindi
02.06.2014 - 10:03
Yığmamızın pley-offda rəqibi bilindi

Qadın voleybolçular arasında Avro-2015-in plef-off mərhələsində mübarizəni davam etdirəcək cütlükləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, D qrupunda ikinci yeri tutan Azərbaycan millisi final mərhələsinə yüksəlmək üçün Slovakiya yığması ilə üz-üzə gələcək.

F qrupunda gücünü sınayan rəqib Rumıniya voleybolçuları istisna olmaqla, Avstriya və Bosniya və Herseqovina komandalarını hər 2 görüşdə məğlub edib.

Faiq Qarayevin yetirmələri slovakiyalılarla ilk görüşü 2015-ci il mayın 22-24-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

Pley-off cütləri
Fransa – Sloveniya
Azərbaycan – Slovakiya
Ukrayna - Belarus