Yığmamızın voleybolçusu 3 ay sonra məşqlərə başlayacaq
25.03.2014 - 16:15
Yığmamızın voleybolçusu 3 ay sonra məşqlərə başlayacaq

Azərbaycan millisinin və “Azəryol”un voleybolçusu Odina Əliyeva Türkiyədə cərrahiyyə əməliyyatı olunub. Apasport.az saytının məlumatına görə, 24 yaşlı təcrübəli oyunçunun əməliyyatı uğurla keçib.

 

Belə ki, Əliyeva çiynindəki zədə səbəbindən Bakı klubundan ayrı düşmüşdü. Voleybol Federasiyası tərəfindən müalicəyə göndərilən Odina İstanbulda doktor Serper Çətinqava tərəfindən əməliyyat olunub. Onun artıq Bakıya qayıtdığı və özünü yaxşı hiss etdiyi bildirilir. Voleybolçunun məşqlərə isə 3 aydan sonra başlayacağı gözlənilir.

 

Qeyd edək ki, az öncə yığmamızın baş məşqçisi Faiq Qarayev Əliyevanın sentyabrda start götürəcək dünya çempionatına hazır olacağını demişdi.

0