Yunanıstanlı baş məşqçinin Azərbaycanla oyunda təsəllisi
24.05.2014 - 12:27
“Matç bizim üçün çətin keçdi”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Yunanıstan millisinin baş məşqçisi İoannis Kalmazidis deyib.
O, Avro-2015-in II təsnifat mərhələsinin II turunda Azərbaycan yığmasına 1:3 hesabı ilə uduzduqları oyundan danışıb. Kalmazidis bildirib ki, yığmamıza 1 hissədə də olsa qalib gəlmələri onlar üçün uğurdur: “Oyunun səviyyəsi yüksək idi. Ancaq 1 setdə də olsa belə üstün olduğumuz üçün sevincliyəm. Heyətimizin əsasını gənclər təşkil etdiyindən, növbəti matçlarda daha yaxşı oynamağa çalışacağıq”.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0