“Biz çox hazırlıq keçmişik. Daha yaxşı komanda oyunu nümayiş etdirmək üçün lazımınca çalışmışıq”. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstan millisinin voleybolçusu Panagiota Dioti deyib.
22 yaşlı hücumçu sabah start götürəcək Avro-2015-in seçmə mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. II təsnifat mərhələsində yığmamızın rəqibi Dioti bildirib ki, Azərbaycan və Bolqarıstanla müqayisədə Portuqaliyaya qalib gəlmək elə də çətin olmayacaq: “Əlbəttə ki, Bolqarıstan və Azərbaycan milliləri ilə oynayırıqsa, üzərimizdə daha çox işləməliyik. Çünki bu komandaların heyətində güclü voleybolçular yer alıb. Belə rəqiblərlə oyunlar bizə təcrübə toplamaqda, nəsə öyrənməkdə faydalıdır. Biz imkan daxilində seçmə mərhələni adlamağa da çalışacağıq. Hesab edirəm ki, indiki heyətimiz böyük potensiala malikdir və bu işin öhdəsindən gələ bilər”.
Qeyd edək ki, II təsnifat mərhələsində ilk pillənin sahibi birbaşa, ikinci olacaq yığma isə pley-offa vəsiqə qazanacaq.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO