Qadın voleybolçular arasında Avro-2015-in II təsnifat mərhələsinin IV turu çərçivəsində keçirilən Azərbaycan - Yunanıstan qarşılaşmasının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 3:0 hesabı ilə qalib gəldiyi matçın bombardiri adını yenə Polina Rəhimova qazanıb.
Sofiyada baş tutan birinci matçda 25 xal toplayan təmsilçimiz Bakıda rəqibdən 22 xal alıb. Faiq Qarayevin digər yetirmələrinə gəlincə, Natalya Məmmədova 9, Oksana Parxomenko ilə Ayşən Abduləzimova hərəyə 7, Kseniya Kovalenko 6, Yana Ağayeva 4, və Yekaterina Jidkova 2 xal toplayıb.
Rəqibin heyətində isə Olqa Strantzali məhsuldar olub. Onun 9 zərbəsi komandasına xal gətirib. Yeni mövsümdə “Lokomotiv”in şərəfini qoruyacaq Evandeliya Çantava isə cəmi 2 dəqiq zərbəyə sevinib.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO