“Xilasedici”dən qələbə, “Neftçi” xalsız qaldı
25.02.2025 - 20:27
“Xilasedici”dən qələbə, “Neftçi” xalsız qaldı

Kişi voleybolçular arasında Yüksək Liqada XII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində keçirilib. Günün ilk görüşündə MOİK “Xilasedici” ilə qarşılaşıb. Qonaq komanda bu görüşdə çətinlik çəkməyib.

“Murov Az Terminal” isə “Neftçi”ni sınağa çəkib. Bu görüşdə "ağ-qaralar"ın gücü yalnız 1 set qazanmağa çatıb. Lider 3:1 hesabı ilə qalib gəlib.

Yüksək Liqa (kişilər)
25 fevral
XII tur
14:00. MOİK - “Xilasedici” - 0:3 (10:25, 19:25, 11:24)

GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” - “Neftçi” - 3:1 (25:18, 25:22, 24:26, 25:21)
GİN-in Voleybol Mərkəzi