![AVRO-2024: Serbiya son saniyədə 1 xal qazandı - YENİLƏNİB](https://apasport.az/storage/news/2024/june/20/big/667447d5e6e4b667447d5e6e4c1718896597667447d5e6e47667447d5e6e49.jpg)
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun növbəti oyunları keçirilir.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması C qrupunda baş tutub.
Belə ki, Bakı vaxtilə 17:00-da start götürən matçda Sloveniya və Serbiya milliləri üz-üzə gəliblər.
Oyunda hesabı 69-cu dəqiqə Sloveniya açıb. Karniçnik qapı qarşısına gələn pası qola çevirməyi bacarıb.
Son dəqiqələrə 0:1 geridə girən Serbiya Luka Yoviçin qolu ilə məğlubiyyətdən xilas ola bilib: 1:1.
AVRO-2024
20 iyun
II tur
C qrupu
17:00. Sloveniya - Serbiya 1:1
Qollar: Karniçnik (69), Yoviç (90+5)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, "Alyans Arena".