![Avropa çempionatının rəmzi komandası açıqlanıb](https://apasport.az/storage/news/2024/july/15/big/66951e9f09d3f66951e9f09d40172104873566951e9f09d3d66951e9f09d3e.jpg)
“WhoScored” statistika saytı Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının rəmzi komandasını tərtib edib.
Apasport.az xəbər verir ki, 4-4-2 taktiki sxeminə uyğun olaraq hazırlanan “11-lik”də turnirin ən yaxşı futbolçularının adları yer alıb.
Qapıçı: Giorgi Mamardaşvili (Gürcüstan)
Müdafiəçilər: Yozua Kimmix (Almaniya), Yaka Biyol (Sloveniya), Pepe, Nunu Mendeş (hər ikisi Portuqaliya)
Yarımmüdafiəçilər: Lamin Yamal, Dani Olmo, Fabian Ruis (hamısı İspaniya), Kodi Qakpo (Niderland)
Hücumçular: Kay Haverts (Almaniya), Killian Mbappe (Fransa).
Qeyd edək ki, “Avro-2024”ün qalibi finalda İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən İspaniya yığması olub.