Modriç matçın oyunçusu oldu
25.06.2024 - 01:44
![Modriç matçın oyunçusu oldu](https://apasport.az/storage/news/2024/june/25/big/6679e8c0310b76679e8c0310b817192654726679e8c0310b56679e8c0310b6.jpeg)
Avro-2024-ün qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilən Xorvatiya - İtaliya oyununun (1:1) ən yaxşısı müəyyənləşib.
Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada Xorvatiya millisinin kapitanı Luka Modriç layiq görülüb.
Matçın 54-cü dəqiqəsində penaltini qaçıran 38 yaşlı yarımmüdafiəçi 1 dəqiqə sonra komandasını hesabda önə keçirib. Lakin Mordiçin bu qolu qələbə üçün kifayət etməyib. 90+8-ci dəqiqəsində qol görən xorvatlar yekunda heç-heçə ilə kifayətləniblər.
0
0