Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində Rumıniya və Niderland yığmaları üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, görüş Münhendəki "Allianz Arena"da baş tutacaq.
E qrupunda mübarizə aparan Rumıniya 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə adını 1/8 final turuna yazdırıb. Niderland isə turnirin ən çətin qruplarından sayılan D qrupunda üçüncü yeri tutaraq növbəti mərhələyə yüksəlib.
Qarşılaşmanı alman referi Feliks Zveyer idarə edəcək.
Matç Bakı vaxtilə saat 20:00-da start götürəcək.
AVRO-2024
1/8 final
2 iyul
20:00. Rumıniya - Niderland 0:3
Qol: Qakpo, 20. Malen, 83, 90
Baş hakim: Feliks Şvayer (Almaniya).
Münhen, "Alyans Arena".
- Stolüstü tennisçilərimiz Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər
- “Bayer”in futbolçusu “Böyük beşlik”də hamını qabaqladı
- Avrokubokda maksimum irəliləmək və Azərbaycan çempionluğu - “Azərreyl”in hədəfi
- "Mançester Siti"nin futbolçusu həbs edilib
- Cengiz Ünderin transfer qiyməti bəlli oldu