2 güləşçimiz Avropa çempionu oldu
28.06.2022 - 22:27
Azərbaycanın 2 güləşçisi İtaliyanın paytaxtı Romada U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Apasport.az saytının məlumatına görə, Nihad Quluzadə (55 kq) finalda rumıniyalı Denis Mihayla dueldən qalib ayrılıb.
Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.
Onun uğurunu Laçın Vəliyev (87 kq) də təkrarlayıb. Həlledici görüşdə rumıniyalı Patrik Qordanla üz-üzə gələn təmsilçimiz 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, yunan-Roma güləşi üzrə U-20 millimiz AÇ-yə 2 qızıl medalla başlayıb.
- Krakov-2023: Yığmamızdan erkən vida
- Diallodan het-trik, "Mançester Yunayted"dən fantastik geridönüş
- "Qarabağ" futbolçusunu bəyənmədilər - YENƏ DƏ GEDƏ BİLƏR
- "SKA-Xabarovsk"un futbolçusu: "Azərbaycan millisində oynamağa hazıram"
- Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib
0
0