2022-ci ilin rekordu – Azərbaycan çempionatında
15.08.2022 - 10:51
Misli Premyer Liqasının II turunda qapılara 18 qol vurulub.
Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Kəpəz” (5:2) oyununda 7, “Zirə” – “Sabah” (1:3) və “Qəbələ” – “Şamaxı” (3:1) matçlarında 4, “Sumqayıt” – “Qarabağ” (0:2) görüşündə 2, “Səbail” – “Turan Tovuz” (0:1) qarşılaşmasında 1 qol qeydə alınıb.
Turun orta məhsuldarlığı 3,60-a bərabərdir. Bu, 2022-ci ilin rekordudur. Daha yüksək məhsuldarlığa sonuncu dəfə ötən mövsümün X turunda təsadüf olunub.
Keçən il noyabrın 6-7-dəki dörd görüşdə 17 top vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub.
- Vasili Berezutski: “Bu qədər asan qollar buraxmamalıyıq”
- Prezident: “Bu qələbə digər idman növləri üçün gözəl nümunədir”
- Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start verilir
- Boksçularımızdan Rusiyada beynəlxalq turnirdə 6 medal
0
0