![Abdullah Zubir: "Bu addımı atmağa hazırıq"](https://apasport.az/storage/news/2022/august/22/big/6303c0a520d3d6303c0a520d3e16611903096303c0a520d3b6303c0a520d3c.jpg)
“Rəqibi təhlil etdik, ötən həftə yaxşı tanıdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsində Çexiya çempionu “Viktoriya” ilə keçiriləcək cavab oyunu barədə danışarkən deyib.
Fransalı yarımmüdafiəçi Plzendəki qarşılaşma öncəsi mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Viktoriya” ilə oyuna fiziki və taktiki baxımdan hazırıq. Sabah mübarizə, yaxşı oyunla uğurlu nəticə qazanmağa və Çempionlar Liqasının qrupuna düşməyə çalışacağıq.
Zubir Çempionlar Liqasının qrupuna düşməyin onun üçün vacib olduğunu söyləyib: “Bu turnirin qrupunda heç vaxt oynamamışam. Mən və komanda yoldaşlarım bu addımı atmağa hazırıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.