AFFA baş məşqçini cəzalandırdı
10.01.2025 - 17:07
![AFFA baş məşqçini cəzalandırdı](https://apasport.az/storage/news/2025/january/10/big/67811a1ab41af67811a1ab41b0173651407467811a1ab41ad67811a1ab41ae.jpg)
AFFA U-15 Liqasında çıxış edən "Metak" komandasının baş məşqçisi cəzalandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar verilib.
Qərara əsasən, Mehman Səfərov 1 oyunluq diskvalifikasiya edilib.
Buna 24 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən "Qarabağ" - "Metak" oyununda Səfərovun qarşılaşmanın 73-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan qovulması səbəb olub.
0
0