AFFA-da UEFA-nın C kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir
18.09.2024 - 16:28
![AFFA-da UEFA-nın C kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir](https://apasport.az/storage/news/2024/september/18/big/66eac829c623c66eac829c623d172666269766eac829c623a66eac829c623b.jpg)
AFFA-nın inzibati binasının konfrans zalında qadın məşqçilər üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir.
Apasport.az xəbər verir ki, təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyevin rəhbərlik etdiyi məşğələ sentyabrın 20-dək davam edəcək.
Qeyd edək ki, qadınlar üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi avqustda, II mərhələsi isə sentyabrın əvvəlində baş tutub.
0
0