
AFFA-da Elit, I, II və III kateqoriyalı hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Seminarda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.
Qeyd edək ki, seminar iştirakçılarına qanunlarda əlavə və dəyişikliklər haqqında da geniş məlumat verilib.
- Avropanın ən çox tamaşaçı toplayan klubları açıqlandı
- Stanislav Çerçesov: “Sabahkı matç kimin favorit olduğunu göstərəcək”
- Cengiz Ündər: "İstəyimiz ermənilərə qalib gəlib Türkiyəyə xoşbəxt qayıtmaqdır"
- "Bavariya" "Bayer"in əsas müdafiəçisi ilə anlaşıb
- 6 qat ölkə çempionu olan klub üçüncü diviziona göndərildi