Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq.
Apasport.az xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Eyni zamanda Azərbaycan Şahmat Federasiyasının prezidenti olan Mahir Məmmədov AFFA-nın Hesabat-Seçki Konfransında seçiləcək İcraiyyə Komitəsinin yeni heyətində yer almaq niyyətində deyil: "Ölkədə şahmatın səviyyəsinin artmasını, işlərimizin vacibliyini nəzərə alaraq bu qərara gəldim. Bütün ictimai işimi bu sahəyə yönəltmək, cəmləşdirmək niyyətindəyəm".
Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçirilməsi planlaşdırılır.
- Viktor Lindelöf: “Bu dəfə də qələbə qazanmaq istəyirik”
- “İnter Mayami”dən Suares qərarı
- “Xankəndi”nin yaradılmasına QƏRAR VERİLDİ
- “Şelburn”un baş məşqçisi: "Qarabağ"a qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur”
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”