AFFA nümayəndəsinə UEFA-dan təyinat
23.11.2024 - 10:00
![AFFA nümayəndəsinə UEFA-dan təyinat](https://apasport.az/storage/news/2024/november/23/big/67416fca67e0667416fca67e07173234170667416fca67e0467416fca67e05.jpeg)
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
O, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.
Noyabrın 26-da “Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
0
0