"Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22.08.2024 - 19:33
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu turnirin ilkin mərhələsində növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə matçda 7:0 hesabı ilə qalib gəlib.
Oyun İsveçin Uddevalla şəhərində gerçəkləşib.
Qeyd edək ki, ilk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
- “Mançester Yunayted” onunla danışıqlara başladı
- "Fənərbaxça" ardıcıl ikinci dəfə Avroliqa çempionu oldu
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- Belarusla oyunumuzda nəyə ümid edək? – TENDENSİYALAR
- Cüdo üzrə Azərbaycan çempionatının proqramı bəlli olub
0
0