“Araz-Naxçıvan” Türkiyə klubuna qarşı - YENİLƏNİR
09.07.2025 - 15:01
“Araz-Naxçıvan” Türkiyə klubuna qarşı - YENİLƏNİR

Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Bayburtspor”la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. 

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.