“Araz-Naxçıvan”da 6 müqavilə
17.07.2023 - 14:43
![“Araz-Naxçıvan”da 6 müqavilə](https://apasport.az/storage/news/2023/july/17/big/64b51f084493e64b51f084493f168959156064b51f084493c64b51f084493d.jpg)
“Araz-Naxçıvan”ın məşqçilər korpusunun tərkibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
Azər Bağırov baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi məşqçilər korpusunda 5 köməkçisi yer alacaq.
Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək. Baş məşqçi və köməkçiləri ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm I divizionun çempionu olaraq Premyer Liqaya yüksəlib.
- Norveç KUPONU
- Azərbaycan taekvondoçuları Multi Avropa Oyunlarına 6 medalla başlayıblar
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
- “Yuventus” Bonuççini heyətdən uzaqlaşdırdı
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
0
0