“Araz-Naxçıvan”da təyinat
12.07.2023 - 17:18
Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”da klubdaxili iclas keçirilib.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Rəhbərliyinin qərarı ilə Eldəniz Yusubov “Araz-Naxçıvan” PFK-nın icraçı direktoru təyin olunub. Müxətlif illərdə AZAL, “Neftçi”, “Şamaxı” klublarında, eləcə də Azərbaycan Futzal Federasiyasında çalışan futbol funksioneri kollektivə təqdim olunub.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm I divizionda çempion adını qazanıb və Premyer Liqaya yüksəlib.
- Azərbaycan Güləş Federasiyasının rəsmiləri Goranboy rayonuna səfər ediblər
- Moratanı ölümlə hədələyən azarkeş saxlanılıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olub
- Azərbaycan minifutbol çempionatında 1/4 final mərhələsinin cütləri müəyyənləşib
- İsveç – Azərbaycan matçının biletlərinin qiymətləri açıqlanıb
0
0