“Şamaxı”da növbəti ayrılıq
31.05.2026 - 20:24
“Şamaxı”da növbəti ayrılıq

“Şamaxı”nın hücumçusu Nihat Mehralıyev klubdan ayrılıb.

Apasport.az xəbər verir ki, futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Klub Mehralıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

20 yaşlı futbolçu ötən ilin sentyabrında “Şamaxı”ya keçmişdi. Klub həmin vaxt Mehralıyevlə birillik müqavilə imzalandığını açıqlamışdı.

Nihat Mehralıyev daha əvvəl “Qarabağ”ın əvəzedici komandasında çıxış edib. O, 2024/25 mövsümündə 20 qol vuraraq Əvəzedicilər Liqasının bombardiri olub.

Qeyd edək ki, bu, klubun heyətdən göndərdiyi 13-cü futbolçudur.