
Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az-ın məlumatına görə, "Qarabağ"ın potensial rəqiblərinin görüşündə qapılara 8 top vurulub.
“Aris” – “Bate” matçında Yunanıstan çempionu öz meydanında 6:2 hesabı ilə qələbə qazanıb. Bu nəticə yunanları növbəti mərhələyə yüksəlmək şanslarını xeyli artırıb.
“Şerif”in turnirdə uğurlu çıxışı davam edir. Komanda öz meydanında İsrail çempionuna qalib gəlib. Hayfa “Makkabi”si ilə qarşılaşmada oyunun taleyini bir top həll edib.
Qeyd edək ki, cavab matçları bir həftə sonra olacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
26 iyul
“Aris” (Yunanıstan) – “Bate” (Belarus) – 6:2
“Şerif” (Moldova) – “Makkabi” Hayfa (İsrail) – 1:0
“Rakov” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 3:2
“Klaskvik” (Farer adaları) – “Haken” (İsveç) – 0:0
“Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) – 1:1
- Hakimi vuran prezident: "Vurduğum şillə qırığa səbəb ola bilməz"
- İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
- “Xarı Bülbül Şuşa” növbəti mərhələdə - YENİLƏNİB
- Uşaqlıq sevgisi, ingilis “radarı”, zədələrin qisası - ULDUZLAR
- Bakıdakı dünya çempionatı başa çatdı, keçici bayraq Çinə təqdim olundu - FOTOLENT