Asim Xudiyev Konfrans Liqasına təyinat alıb
20.07.2024 - 13:13
![Asim Xudiyev Konfrans Liqasına təyinat alıb](https://apasport.az/storage/news/2024/july/20/big/669b7e481ab97669b7e481ab981721466440669b7e481ab95669b7e481ab96.jpeg)
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
A.Xudiyev, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq.
Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşmanı kosovolu baş hakim Visar Kastrati idarə edəcək.
Qeyd edək ki, görüş iyulun 25-də keçiriləcək
0
0