Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
04.11.2024 - 10:33
![Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb](https://apasport.az/storage/news/2024/november/04/big/67286ae223de567286ae223de6173070205067286ae223de367286ae223de4.jpg)
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II mərhələsində “Kayrat” (Qazaxıstan) və “Betis” (İspaniya) arasında baş tutacaq cavab görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, noyabrın 6-da Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.
0
0