Avropa çempionatında 39 şahmatçımız iştirak edəcək
05.11.2022 - 11:02
Azərbaycan şahmatçıları Antalyaya yollandı
Noyabrın 6-da Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatına start veriləcək.
Apasport.az saytının məlumatına görə, qitə birinciliyində 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında ən güclü şahmatçılar müəyyənləşəcək.
Azərbaycanı yarışda 39 şahmatçı təmsil edəcək.
Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq.
Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.
- Azərbaycan Kubokunda tarixi rekord – 23 ildən sonra ilk
- III MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi gümüş medal qazanıb
- “Liverpul”un sabiq hücumçusu Türkiyə klubuna keçə bilər
- Saldanya "Fənərbaxça"ya keçir? - "Partizan"dan açıqlama
- AFFA onları da iyrəndirdi: AZARKEŞLƏRDƏN MİLLİYƏ BOYKOT
0
0