Polşada təşkil olunan III Avropa Oyunlarında iştirakını başa vurmuş Azərbaycan yığmasının sonuncu qrupu xüsusi təyyarə reysi ilə Vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, onlar arasında medal qazanan idmançılar da var.
Ölkəmizi Avropa Oyunlarında 86 idmançı 13 növdə təmsil edib. Azərbaycan idmançıları III Avropa Oyunlarını 11 medalla başa vurub. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub.
- Millimiz üçün Belçika və İsveç hakimləri
- Millimiz Polşa ilə yoldaşlıq görüşü keçirəcək
- Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib - FOTO
- "Şahmat klubu" verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb
- Fərrux İsmayılov UEFA tərəfindən mükafatlandırılıb