Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert keçirilib.
Apasport.az saytının məlumatına görə, proqramda Xalq artistləri Aygün Kazımova və Miri Yusif ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadıb.
Onlarla yanaşı, İlkin Fuadoğlu və Dj Nikolas mahnıları ilə gecəni unudulmaz edib.
Qeyd edək ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondosunun 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.
- AVRO-2024 finalından sonra karyerasını bitirəcək
- Azərbaycan çempionatında 3-cü dövrə başlayır
- "Bavariya"nın ingilislə bağlı planları baş tutmadı
- “Real” yetirməsi ilə müqavilə yenilədi
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB