Azərbaycan və Belarus gənc futbolçulardan ibarət yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək.
Apasport.az saytı xəbər verir ki, bu barədə iki ölkə futbol federasiyası arasında razılıq əldə olunub.
Belarus Futbol Federasiyası rəhbərliyinin Bakıya işgüzar səfəri zamanı AFFA ilə bir çox sahələrdə əməkdaşlıq edilməsi barədə qərar verilib. Federasiyanın prezidenti Nikolay Şerstnyov bu barədə Belarus mətbuatına açıqlama verib: “Bizim klubların ev oyunlarının Bakıda keçirilməsində yaratdığı şəraitə görə AFFA-ya təşəkkür edirəm. Minsk “Dinamo”su bu imkandan istifa etdi. Bakı səfəri zamanı qarşı tərəflə qarşılıqlı əməkdaşlıq və gənclər yığmaları arasında yoldaşlıq görüşünün keçirilməsi barədə razılıq əldə olundu”.
Qeyd edək ki, UEFA-nın qərarına, əsasən, Belarus klubları Avropa kubokları matçlarını ölkədən kənarda keçirirlər. “Dinamo” Konfrans Liqasının I təsnifat mərhələsindəki cavab oyunu Bakıda baş tutub. Minsklilər iki görüşün nəticəsinə görə, “Jelezniçar”a uduzaraq, “Neftçi”nin rəqibi olmaq şanslarını qaçırıblar.
- Rəşad Sadıqov: “Avrokuboklar bizim əsas məqsədimizdir”
- AFFA 2025-ci ildə ölkəmizi təmsil edəcək FIFA referilərinin siyahısını açıqlayıb
- Fernandu Santuş: "Heç nə bizi tutduğumuz yoldan çəkindirə bilməz"
- Rəşad Eyyubov: "Bu mövsüm çempionatın taleyi yalnız "Qarabağ"ın əlindədir"
- Zubir üçün “Qarabağ”da yubiley