![Azərbaycan çempionatı dünyada 36-cı pillədə](https://apasport.az/storage/news/2025/january/19/big/678cd47dc66ca678cd47dc66cb1737282685678cd47dc66c8678cd47dc66c9.jpeg)
Dünyanın ən güclü futbol liqalarının siyahısı müəyyənləşib.
Apasport.az xəbər verir ki, reytinq cədvəlini İFFHS açıqlayıb.
2024-cü il üçün tərtib olunan siyahıya planetin 100 ən yaxşı çempionatı daxil edilib. Misli Premyer Liqası da cədvəldə yer alıb.
Çempionatımızın əmsalı 434,25-ə bərabərdir. Premyer Liqamız dünyada 36-cıdır. Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 4 pillə irəliləyib.
Dünyanın ən güclü liqası isə İtaliya A seriyasıdır. Appenin liqası 1992 xala malikdir.
Siyahıda İspaniya La Liqası 2-cidir – 1885 xal. 1871 xala malik İngiltərə Premyer Liqası 3-cü sırada yer alıb.
Qeyd edək ki, Türkiyə Super Liqası 968 xalla 1 pillə irəliləyərək 11-cidir.