![Azərbaycan çempionatında 17 illik rekord təkrarlandı](https://apasport.az/storage/news/2022/august/22/big/630337f61cbbe630337f61cbbf1661155318630337f61cbbc630337f61cbbd.jpg)
Misli Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.
Apasport.az saytı xəbər verir ki, “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub.
Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib. Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/06 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb.
2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.