Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
20.12.2024 - 15:37
![Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək](https://apasport.az/storage/news/2024/december/20/big/676555cb57d3a676555cb57d3b1734694347676555cb57d38676555cb57d39.jpg)
Sabah Azərbaycan idmanında tarixi hadisə yaşanacaq.
Apasport.az xəbər verir ki, badminton üzrə Azərbaycan çempionatı 50 illik fasilədən sonra yenidən Xankəndidə olacaq.
Dekabrın 21-də badminton üzrə Azərbaycan çempionatının final görüşləri Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbdə oynanılacaq.
Oyunlar saat 12:00-da başlayacaq.
0
0