Azərbaycan millisi Avropa çempionatında 4-cü oldu
17.02.2024 - 09:52

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 4-cü olub.
Apasport.az xəbər verir ki, millimiz çempionatda 2 qızıl, 1 bürünc medal qazanaraq bunu bacarıb.
Aktivinə 83 xal yazdıran yığma 27 komanda arasında 4-cü yerdə qərarlaşıb. 1-ci yeri 147 xalla Ukrayna tutub. Türkiyə (142) 2-ci, Rumıniya (101) isə 3-cü olub.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıb.
- Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşdi - YENİLƏNİB
- Barış Alper Yılmaz Çexiya - Türkiyə matçının ən yaxşı oyunçusu seçilib
- "Samsunspor" Yunanıstandan məğlub qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- Yuri Matias: "Neftçi"nin Braziliyalı Müdafiəçisi
- Taekvondo üzrə millimizin baş məşqçisi açıqlanıb
0
0