Azərbaycan millisi çempion oldu - YENİLƏNİB
10.07.2026 - 16:29
Azərbaycan millisi çempion oldu - YENİLƏNİB

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" komandası Fransanın paytaxtı Parisdə keçirilən "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku 2026" turnirinin qalibi olub.

Apasport.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Milli komanda yarımfinalda Fildişi Sahili yığmasını 6:0 hesabı ilə məğlub edib.

Yığmamız həlledici matçda ABŞ seçməsinə qalib gəlib - 3:2.