Azərbaycan UEFA reytinqində geriləyib
09.08.2024 - 10:05
![Azərbaycan UEFA reytinqində geriləyib](https://apasport.az/storage/news/2024/august/09/big/66b5b17645e1a66b5b17645e1b172318347866b5b17645e1866b5b17645e19.webp)
Azərbaycan ötən həftə ilə müqayisədə UEFA reytinqində geriləyib.
Apasport.az xəbər verir ki, avrokuboklarda III təsnifat mərhələsinin ilk oyunlarından sonra ölkə sıralamasında bir pillə geri düşmüşük.
24-cü sırada yer alan Azərbaycanın xalı 18,500-ə bərabərdir.
23-cü pillədəki Slovakiyanın 18,750, 25-ci yerdəki İsveçin 18,375 xalı var.
55 ölkənin yer aldığı reytinq siyahısına 89,160 xalla İngiltərə başçılıq edir.
0
0