Azərbaycanlı referilər seçmə mərhələ görüşündə
24.03.2025 - 13:49

Azərbaycanın FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.
Apasport.az xəbər verir ki, onlar Nikosiya şəhərində 19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsində Kipr – Almaniya oyununu idarə edəcəklər.
Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma aprelin 15-də keçiriləcək.
- Bakıda dənizdə batan futbolçunun meyiti tapılıb
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
- "Real Madrid"dən Leni Yoro həmləsi
- “Qarabağ” darmadağınla növbəti mərhələdə!!! - YENİLƏNİB
- "Omoniya"nın baş məşqçisi: “Zirə”yə nəfəs almağa imkan vermədik"
0
0