17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
ABFF Təlim-Məşq Mərkəzində baş tutan görüşün 90 dəqiqəsi 2:2 hesablı bərabərliklə yekunlaşıb. Komandamızın heyətində 10-cu dəqiqədə Xanım Əsədova, 26-cı dəqiqədə isə Aylin Kərimova fərqləniblər. Qazaxıstan kollektivi penaltilər seriyası sayəsində 4:1 hesablı qələbə qazanıb.
U-17 turnirdəki son oyununu mayın 7-də, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarus kollektivinə 1:3 hesabı ilə məğlub olub.
- Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- Deni Qaysumov: "Yeni baş məşqçi əcnəbi olacaqsa Murad Musayev olsun" - Açıqlama
- Azərbaycan basketbol millisi ikinci oyununda da qələbə qazanıb
- Ukrayna yığması Azərbaycanla oyundan öncə daha iki itki ilə üzləşib