Bakıda həndbol üzrə beynəlxalq turnir keçiriləcək
27.08.2024 - 20:53
Bakıda keçiriləcək həndbol üzrə beynəlxalq turnirin iştirakçıları bəlli olub.
Bu barədə apasport-a Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətindən məlumat verilib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda qadınlardan ibarət 6 komanda mübarizə aparacaq.
AHF-nin təşkil etdiyi turnirdə “Azəryol”, “Qarabağ” və “Kür”lə yanaşı, "Astana” (Qazaxıstan), “Alatau Arulary” (Qazaxıstan) komandaları və Özbəkistan millisi iştirak edəcək.
Turnir avqustun 28-dən sentyabrın 1-dək “AHF Arena”da keçiriləcək.
- De Xea “Fiorentina” ilə müqavilə yeniləyib - RƏSMİ
- Azərbaycan çempionatında 19 yaşlı lider
- "Arsenal" və "Liverpul" 100 milyon avroluq oyunçu üçün mübarizə aparacaq
- Mika Qodz: “Bakı məni sözün yaxşı mənasında təəccübləndirdi” - EKSKLÜZİV
- “Napoli”nin hücumçusu: “Atam Azərbaycanda çox yaxşı futbolçu idi”
0
0