Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
23.04.2024 - 13:16
![Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb](https://apasport.az/storage/news/2024/april/23/big/662778d43baf4662778d43baf51713862868662778d43baf2662778d43baf3.jpg)
AFFA-nın təşkilatçılığı ilə qurumun Təhsil və Reabilitasiya mərkəzində UEFA fitnes məşqçilik kursunun (B kateqoriyası səviyəsində) I mərhələsi başlayıb.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edəcək ilkin mərhələnin məşğələləri UEFA-dan dəvət olunan təlimatçı Frits Şmitd, AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov və AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimovun iştirakı ilə keçirilir.
Qeyd edək ki, kurs pilot layihədir və fasilələrlə 2024-cü ilin avqustuna qədər davam edəcək.
0
0